Xəzər Xəbər

Dövlət Neft Fondunun büdcə gəlirləri 11,3 milyard manat təşkil edib

İqtisadiyyat | 14:01 • 26 Oktyabr 2022
Dövlət Neft Fondunun büdcə gəlirləri 11,3 milyard manat təşkil edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 11 milyard 365,9 milyon manat, büdcə xərcləri isə 6 milyard 566,9 milyon manat təşkil edib.

Fonddan bildirilib ki, hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 6 milyard 542 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,1 milyon manat yönəldilib. Doqquz ay ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 16,8 milyon manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar