Xəzər Xəbər

Dövlət əmlakının icarəyə verilməsi 2,6 dəfə artıb

İqtisadiyyat | 13:23 • 26 Oktyabr 2022
Dövlət əmlakının icarəyə verilməsi 2,6 dəfə artıb

Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 9 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, yanvar-sentyabr ayları ərzində ümumilikdə 3170 yeni icarə müqaviləsi bağlanılıb.

Xidmətdən bildirilib ki, bundan 646-sı qeyri-yaşayış sahələri üzrə, 2524-ü isə torpaq sahələrinə dair olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1973 və ya 2,6 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə ümumilikdə 19,7 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

Xəbər lenti

Çox oxunanlar