Xəzər Xəbər

Ərzaq təhlükəsizliyi üçün 625 milyon manat ayrılacaq

İqtisadiyyat | 12:27 • 25 Oktyabr 2022
Ərzaq təhlükəsizliyi üçün 625 milyon manat ayrılacaq

Azərbaycanın ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub.

XəzərXəbər “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32,0 faiz çoxdur.

Layihədə işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, dünya miqyasında əhalinin gündəlik tələbatına daxil olan bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artım dinamikası da nəzərə alınmaqla, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 38,6 faiz çoxdur.

Xəbər lenti

Çox oxunanlar