Xəzər Xəbər

Naxçıvan-Bakı aviareysində nasazlıq yaranıb, oksigen maskaları açılıb

İqtisadiyyat | 20:42 • 23 Oktyabr 2022
Naxçıvan-Bakı aviareysində nasazlıq yaranıb, oksigen maskaları açılıb

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Xəbər lenti

Çox oxunanlar