Xəzər Xəbər

Əmək müqavilələri ilə bağlı yeni xəbər

İqtisadiyyat | 15:35 • 22 Oktyabr 2022
Əmək müqavilələri ilə bağlı yeni xəbər

Azərbaycanda əmək müqavilələrinin sayı 1 mln. 600 mini ötüb.

3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 271.251 vahid artıb və bu il oktyabr ayının 1-nə 1 milyon 673 minə çatıb.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 268,445 vahid artaraq 808,4 min olub.

Xəbər lenti

Çox oxunanlar