Xəzər Xəbər

Avtomobilini taksi kimi icarəyə verən şəxslərin DİQQƏTİNƏ!

Nəqliyyat vasitəsini icarəyə verən şəxsin hansı vergi öhdəliyi var?
İqtisadiyyat | 12:24 • 22 Oktyabr 2022
Avtomobilini taksi kimi icarəyə verən şəxslərin DİQQƏTİNƏ!

Kreditlə avtomobil alıb taksi kimi icarəyə verən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?

Dövlət Vergi Xidmətindən Xezerxeber.az-a bildirilib ki, nəqliyyat vasitəsinin icarəyə verilməsindən əldə edilən gəlir fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hesab olunur və Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, belə gəlirdən xərclər çıxılmadan icarəyə götürən vergiödəyicisi tərəfindən ödəmə mənbəyində vergi tutulur.

Bu zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutaraq icarə haqqını icarəyə verən şəxsə ödəyir.

Nəqliyyat vasitələrini icarəyə götürərək taksi ilə sərnişin daşınmasını həyata keçirən şəxslər öz vergi öhdəliklərini “Fərqlənmə nişanı” almaqla yerinə yetirirlər.

Xəbər lenti

Çox oxunanlar