Xəzər Xəbər

Rusiya Rəşt-Astara dəmir yolunun inşası ilə bağlı intensiv danışıqlar aparır

İqtisadiyyat | 16:34 • 21 Oktyabr 2022
Rusiya Rəşt-Astara dəmir yolunun inşası ilə bağlı intensiv danışıqlar aparır

“Rusiya Dəmir Yolları” holdinqi (RDY) Rəşt-Astara dəmir yolu sahəsinin inşasının başa çatdırılması məsələsi ilə bağlı Azərbaycan və İran tərəfi ilə danışıqlar aparır.

Bu barədə RDY-nın baş direktorunun müavini Sergey Pavlov “Rusiyada hazırlanıb” Beynəlxalq Ekspert Forumunda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolunun inşasının yarımçıq qalması marşrut halqasının tamamlanmasında ciddi maneədir. Rusiya həm Azərbaycan, həm də İran tərəfi ilə bu marşrutun işə düşməsinə dair intensiv danışıqlar aparır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar