Xəzər Xəbər

Azərbaycanda bu şəxslərin maaşları ARTDI

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 829 manat təşkil edib
İqtisadiyyat | 15:07 • 21 Oktyabr 2022
Azərbaycanda bu şəxslərin maaşları ARTDI

Cari ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 829 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3485,5 manat, qeyri-neft-qaz sektorunda 778,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat təşkil edib.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024