Bu ilin I yarısında Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 6 542 milyon manat vəsait transfert edib.
Maliyyə Nazirliyi xəbər verir ki, bu, proqnozdan 19,1% azdır.
Başqa sözlə, Fond doqquz ayda büdcə proqnozuna 80,8% əməl edib.
“Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamika fonddan büdcəyə nəzərdə tutulan transfertdən 1 540,7 milyon manat az istifadə olunmasına imkan verib”, - deyə nazirlik bəyan edib.