Xəzər Xəbər

Əhaliyə sevindirici XƏBƏR - Büdcəmizdə 7 milyard manatdan çox qalıq yaranıb

Azərbaycanın builki icmal büdcəsində 7 milyard manatdan çox qalıq yaranıb
İqtisadiyyat | 10:21 • 21 Oktyabr 2022
Əhaliyə sevindirici XƏBƏR - Büdcəmizdə 7 milyard manatdan çox qalıq yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 milyard 719,8 milyon manat, xərcləri isə 22 milyard 569,6 milyon manat təşkil edib.

XəzərXəbər Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1 % və 16 % çoxdur.

Son nəticədə icmal büdcədə 7 milyard 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.

Xəbər lenti

Çox oxunanlar