Xəzər Xəbər

“Moskviç” elektromobillər İSTEHSAL EDƏCƏK

İqtisadiyyat | 16:49 • 20 Oktyabr 2022
“Moskviç” elektromobillər İSTEHSAL EDƏCƏK

Moskva dekabrda “Moskviç” zavodunu işə salmağı və elektromobillərin istehsalı mərkəzinə çevirməyi planlaşdırır.

Bu barədə Moskva meri Sergey Sobyanin “Made in Russia 2022” Beynəlxalq İxrac Forumunda deyib.

“Avtomobil nəqliyyatı bu il ciddi uğursuzluğa düçar oldu, lakin buna baxmayaraq biz dekabrda “Moskviç” zavodunu yenidən işə salacağıq”, – Sobyanin bildirib.

Qeyd edək ki, Fransanın “Renault” şirkəti 1998-ci ildən Moskva Avtomobil Zavodunun sahibidir. 2022-ci ilin mart ayında şirkət müəssisəni bağladığını və Rusiya bazarını tərk etdiyini açıqlayıb. Bundan sonra “Renault Russia” Moskva hökumətinin mülkiyyətinə keçib və adı dəyişdirilərək “Moskviç Avtomobil Zavodu” ASC adlandırılıb. Zavodda elektrik maşınlarının istehsalı planlaşdırılır./konkret.az

Xəbər lenti