Xəzər Xəbər

Yaxın günlərdə Bakı metrosunda YENİLİK OLACAQ

İqtisadiyyat | 14:45 • 20 Oktyabr 2022
Yaxın günlərdə Bakı metrosunda YENİLİK OLACAQ

Bakı metropoliteni xəttə yeni yeddi vaqonluq qatarlar buraxacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə oxu.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni 7 vaqonluq qatarlar metronun “bənövşəyi xətt”i üzrə hərəkət edəcəklər:

“Artıq qatarların sınaqları həyata keçirilib. Yaxın günlərdə “bənövşəyi xətt” üzrə 7 vaqonluq qatarlar xəttə buraxılacaq”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün xətləri üzrə 5 vaqonluq qatarlar fəaliyyət göstərir.

Xəbər lenti