Xəzər Xəbər

Türkiyənin 2023-cü il büdcəsi hazırdır - Ən çox pul bu sahələrə ayrılacaq

İqtisadiyyat | 15:09 • 19 Oktyabr 2022
Türkiyənin 2023-cü il büdcəsi hazırdır - Ən çox pul bu sahələrə ayrılacaq

Türkiyə hökuməti 2023-cü il üçün dövlət büdcəsinin layihəsini parlamentə təqdim edib. 

Bu haqda məlumatı Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı açıqlayıb. 

Ərdoğan çıxışında gələn ildə də Türkiyənin böyüməsini təmin edəcək büdcə hazırladıqlarını söyləyib. Dövlət başçısı büdcənin istehsal və məşğulluğu artırmaq üçün real sektoru dəstəkləyəcəyini bildirib.

Dövlət başçısının açıqlamalarına əsasən, 2023-cü ildə büdcə xərcləri 4 trilyon 470 milyard TL, büdcə gəlirləri 3 trilyon 810 milyard TL, büdcə kəsirinin ÜDM-yə nisbətin isə 3,5% olacağı proqnozlaşdırılır. 

Mövcud məzənnə ilə büdcənin gəlirləri təxminən 205 milyard dollar, xərcləri 241 milyard dollar olacaq. 

Büdcədən ən çox vəsait müdafiə və təhlükəsizliyə (25,3 milyard dollar), təhsilə (23,5 milyard dollar) ayrılacaq./sfera.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar