Xəzər Xəbər

Qarabağda işləmək üçün 1200 ŞİRKƏTDƏN MÜRACİƏT VAR

İqtisadiyyat | 12:19 • 19 Oktyabr 2022
Qarabağda işləmək üçün 1200 ŞİRKƏTDƏN MÜRACİƏT VAR

Azərbaycan hökuməti Qarabağdakı tikinti-quruculuq işlərində dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması istiqamətində addımlar atır və bu proses həmin ölkələrin şirkətlərinin iştirakı ilə həyata keçirilir.

XəzərXəbər xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Rebuild Karabakh" sərgisinin açılışında çıxışı zamanı bildirib."Sözügedən fəaliyyət istiqamətində İqtisadiyyat Nazirliyinə 1200-dən artıq layihə üzrə müraciət daxil olub. Bunun da 400-dən çoxu xarici şirkətlərin payına düşür", - deyə nazir müavini əlavə edib.

S. Məmmədov onu da deyib ki, ikinci ildir keçirilən sərgidə ekspozisiya 10% artıb. Ümumilikdə builki sərgidə 17 ölkədən 300-dən çox şirkət iştirak edir. /Fed.az

Xəbər lenti

Çox oxunanlar