Xəzər Xəbər

Avropada qaz ucuzlaşdı

İqtisadiyyat | 08:51 • 19 Oktyabr 2022
Avropada qaz ucuzlaşdı

Avropada qazın qiyməti iyunun 15-dən bəri ilk dəfə olaraq hər min kubmetr üçün 1100 dollardan aşağı düşüb.

XəzərXəbər  "qafqazinfo"ya istinadən xəbər verir ki, gün ərzində qiymətlər 12 faizdən çox ucuzlaşıb.

Minimum olaraq yanacağın qiyməti min kubmetr üçün 1090,4 dollara çatıb.

Qazın qiymətinin aşağı düşməsi Avropada yeraltı qaz anbarlarının (QQS) vaxtından əvvəl doldurulması ilə bağlıdır. Hazırda anbarlar 92,37 faizə çatıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar