Xəzər Xəbər

Avropa İttifaqı qazın qiymətinə hələlik məhdudiyyət tətbiq etməyəcək

İqtisadiyyat | 14:53 • 18 Oktyabr 2022
Avropa İttifaqı qazın qiymətinə hələlik məhdudiyyət tətbiq etməyəcək

Avropa İttifaqı ölkələri arasında siyasi fikir ayrılıqları və yanacaq tədarükünün təmin edilməsi ilə bağlı narahatlıqlar fonunda qaz qiymətlərinə yuxarı hədd tətbiq edilməyəcək.

Xezerxeber.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə Avropa İttifaqının sənədinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, oktyabrın 18-də Avropa Komissiyası enerji qiymətlərinin kəskin artması ilə mübarizə məqsədilə tədbirlər planı təklif etmək niyyətindədir. Bununla belə, ittifaq ölkələri hələlik qaz qiymətlərinə məhdudiyyətlərin tətbiqindən vaz keçmək qərarına gəliblər.

Həmçinin Brüssel boru kəməri vasitəsilə Rusiyadan qaz tədarükünün azalması fonunda regionun enerji reallığını daha yaxşı əks etdirmək üçün yeni mayeləşdirilmiş qaz indeksini işə salmaq istəyir.

“Mövcud vəziyyət iqtisadi və sosial çətinliklərə səbəb olur, vətəndaşların və iqtisadiyyatın üzərinə ağır yüklər qoyur. Enerji resurslarının maya dəyərinin artması vətəndaşların alıcılıq qabiliyyətinin azalmasına və kompaniyaların rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxarır”, - deyə Avropa İttifaqının sənədində bildirilir.

Qeyd edk ki, “Financial Times” qəzeti oktyabrın 17-də Avropa İttifaqının enerji böhranı ilə əlaqədar idxal qazının qiymətini məhdudlaşdırmaq üçün fövqəladə mexanizm hazırladığını yazıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar