Xəzər Xəbər

Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilər?

İqtisadiyyat | 13:34 • 18 Oktyabr 2022
Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilər?

Xarici ölkə vətəndaşı, Azərbaycanda yaşayış icazəsi olan şəxs sahibkarlıqla məşğul olmaq üçün VÖEN açdıra bilər?

Xezerxeber.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergilər Məcəlləsinə əsasən, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladıqları tarixə qədər olduğu yer üzrə vergi orqanına müraciət etməklə vergi orqanlarında qeydiyyata düşə bilərlər.

Qeyd olunub ki, bunun üçün onlar vergi orqanına “Fiziki şəxsin uçota alınması üçün ərizə” və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazənin surətini təqdim etməlidirlər.

Xəbər lenti

Çox oxunanlar