Xəzər Xəbər

Avropada qaz ucuzlaşıb

İqtisadiyyat | 13:12 • 18 Oktyabr 2022
Avropada qaz ucuzlaşıb

Avropada oktyabrın 18-də keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti 7 faiz ucuzlaşaraq iyununun 15-dən bəri ilk dəfə olaraq 1200 dollara qədər enib.

Xezerxeber.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 1202 dollar təşkil edir.

Qazın qiymətinin ucuzlaşması Avropa anbarlarında mavi yanacaq ehtiyatlarının maksimuma yaxınlaşması, regionda havaların isti keçməsi və elektrik enerjisi istehsalında külək generasiyasının payının artması fonunda baş verib.

Xatırladaq ki, bu il martın 7-də Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara yüksəlmişdi.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024