Xəzər Xəbər

Dövlət Gömrük Komitəsi ANAMA-ya 5 it ianə edib FOTO

İqtisadiyyat | 17:56 • 17 Oktyabr 2022
Dövlət Gömrük Komitəsi ANAMA-ya 5 it ianə edib

Dövlət Gömrük Komitəsi (DGK) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 5 baş təlim keçmiş it ianə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb. 

Bildirilib ki, həmin itlər humanitar minatəmizləmə əməliyyatlarında fəaliyyət göstərmək üçün ANAMA tərəfindən müvafiq təlimlərə cəlb olunacaq. Təlimlərdən sonra Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarında iştirak edəcəklər.

Xəbər lenti

Çox oxunanlar