Xəzər Xəbər

Əhalinin bu il ərzağa xərclədiyi vəsait açıqlandı

İqtisadiyyat | 14:36 • 17 Oktyabr 2022
Əhalinin bu il ərzağa xərclədiyi vəsait açıqlandı

2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 17,1 faiz üstələyərək 35,6 mlrd. manata bərabər olub.

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 20 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2021-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,6 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 2,3 faizi əczaçılıq və tibbi malların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 392,7 manat və ya 2021-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 55,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 221,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024