Xəzər Xəbər

Rusiyadan dollar çıxarılmasına qoyulan qadağa ləğv edilir

İqtisadiyyat | 18:36 • 15 Oktyabr 2022
Rusiyadan dollar çıxarılmasına qoyulan qadağa ləğv edilir

Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağa ləğv edilir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bu il martın əvvəlində Rusiyadan dəyəri 10 min dollardan çox xarici valyutanın çıxarılması qadağan edilib. Vladimir Putinin bu gün imzaladığı fərmanla Rusiya Mərkəzi Bankına dəyəri 10 min dollardan çox olan xarici valyutanın ölkədən çıxarılmasına icazə vermək səlahiyyəti verilib.

Xəbər lenti

Çox oxunanlar