Xəzər Xəbər

Xaricdə müalicə üçün alınan maddi yardım vergiyə cəlb edilirmi?

İqtisadiyyat | 18:26 • 15 Oktyabr 2022
Xaricdə müalicə üçün alınan maddi yardım vergiyə cəlb edilirmi?

Aztəminatlı ailənin üzvü olan şəxsə səhhətində yaranmış problemlə bağlı təqvim ili ərzində iki dəfə xaricdə müalicə haqlarını qarşılamaq üçün maddi yardım göstərildikdə, həmin vəsait fiziki şəxsin vergi tutulan gəlirinə aid edilərək vergiyə cəlb olunurmu?

Dövlət Vergi Xidmətinin məlumatına görə, təqvim ili ərzində ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsi, xaricdə müalicə haqlarının, o cümlədən cərrahiyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Təhsil və müalicə (o cümlədən müalicə cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilsin.

Xəbər lenti

Çox oxunanlar