Xəzər Xəbər

Dolların sabaha olan məzənnəsi açıqlandı

İqtisadiyyat | 17:17 • 15 Dekabr 2016
Dolların sabaha olan məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən xezerxeber.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7525 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, bu gün dollar 1,7475 manata bərabər olub.

Bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7475 məzənnəsi ilə başlayıb və 1,7525 məzənnəsi ilə yekunlaşıb.

Xəbər lenti