Xəzər Xəbər

Kəmərlərin zədələnməsi nəticəsində qaz atmosferə sızıb

İqtisadiyyat | 08:30 • 30 Sentyabr 2022
Kəmərlərin zədələnməsi nəticəsində qaz atmosferə sızıb

Danimarkada aparılan hesablamalara görə, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin zədələnməsi nəticəsində, boruda olan qazın yarısından çoxu atmosferə sızıb.

Danimarka rəsmiləri qazın yarıdan çoxunun atmosferə daxil olduğunu təsdiqləyiblər.

Danimarka Enerji Agentliyinin direktoru Kristoffer Botzau mətbuat konfransında deyib: "Biz boruların bazar gününədək tam boşalmasını gözləyirik".

Botzaunun sözlərinə görə, borulardan sızmaların səbəbi çox güman ki, təxribatdır. “Bu səbəbdən enerji hazırlığı səviyyəmizi narıncıya qaldırdıq. Bu, ikinci ən yüksək səviyyədir”, - deyə agentliyin direktoru bildirib.

Eyni zamanda, Danimarka və Qrenlandiya Geoloji Xidmətinin idarəedici direktoru Flemminq Larsen hadisə yerində bir neçə partlayışın baş verdiyini elan edib.

Danimarka rəsmilərinin fikrincə, qazın atmosferə buraxılması yaxınlıqdakı ərazilərin sakinləri üçün sağlamlıq riski yaratmır, lakin cari risklər daim qiymətləndirilir.

Qeyd edək ki, İsveçin “SEPO” təhlükəsizlik xidməti partlayışlar və daha sonra boru kəmərlərində qaz sızması ilə bağlı araşdırmalara başladığını elan edib. (AZƏRTAC)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024