Xəzər Xəbər

Piyada keçidlərində hərəkətin təhlükəsizliyi artırılır

İqtisadiyyat | 18:57 • 29 Sentyabr 2022
Piyada keçidlərində hərəkətin təhlükəsizliyi artırılır

Dayanıqlı şəhər mobilliyi prinsiplərindən çıxış edərək Bakı şəhərində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin formalaşdırılması, bu məqsədlə uyğun infrastrukturun yaradılması ilə bağlı tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a bildirilib ki, bu çərçivədə eynisəviyyəli piyada keçidlərində hərəkət təhlükəsizliyi daha da artırılır.

Məlumata görə, paytaxtın iki əsas prospektini əlaqələndirən, nəqliyyatın intensiv hərəkətinin müşahidə olunduğu Müzəffər Nərimanov küçəsində piyada adacıqları inşa edilib və eynisəviyyəli piyada keçidlərini işıqlandırmaqla piyada təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırılıb.

Ümumilikdə Bakı şəhərinin inzibati ərazisində 31 ədəd eynisəviyyəli piyada keçidinin bu formada işıqlandırılması təmin olunub. Analoji layihələr davamlı olaraq icra edilir.

Xəbər lenti

Çox oxunanlar