Xəzər Xəbər

Apteklərdə yod yoxdur?

Bəzi sakinlər apteklərdə yod tapmadıqlarından şikayətlənirlər
İqtisadiyyat | 14:54 • 29 Sentyabr 2022
Apteklərdə yod yoxdur?

Son günlər dəyişkən havalarla əlaqədar olaraq soyuqdəymə halları artıb. Bunun qarşısını almaq üçün istifadə olunan dərman preparatları ilə yanaşı yoda olan təlabat da artıb. Lakin Bakıda yaşayan bəzi sakinlər apteklərdə yod tapmadıqlarından şikayətlənirlər.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların sözlərinə görə, artıq bir aya yaxın müddətdir ki, apteklərdə yod yoxdur. Nə vaxt gətiriləcəyi ilə bağlı da heç bir məlumat verilmir. 

Bəs, bu dərman vasitəsi niyə gətirilmir?

Bu sualla cavab almaq üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Cəmi bir neçə apteklər şəbəkəsində yod satıldığı məlum oldu.

Qeyd edək ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar