Xəzər Xəbər

Nağdsız əməliyyatların həcmi artıb

İqtisadiyyat | 17:18 • 27 Sentyabr 2022
Nağdsız əməliyyatların həcmi artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artıb.

Xezerxeber.az Mərkəzi Banka istinadla xəbər verir ki, 2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 235 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 708 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 524 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45 faizini təşkil edib.

Xəbər lenti

Çox oxunanlar