Türkiyədə dolların məzənnəsi həftəyə yeni rekordla başlayıb.
Məzənnə 18,4491 səviyyəsini görərk rekord səviyyəsini yeniləyib.
Keçən həftə FED-in faiz artırmasının təsiri və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 100 bəndlik faiz endirimi ilə dollar/TL məzənnəsi 2021-ci ilin dekabr ayında qeydə alınmış rekordunu yeniləmişdi.
Qlobal bazarlarda artıq heç bir valyuta dollar qarşısında dayana bilmir. Funtdakı böyük itkilərin təsiri ilə Bloomberg Dollar İndeksi 1,1 faiz artaraq 1354,5 punkta yüksəlib. Bu, rekord hədd hesab olunur.
Böyük Britaniyanın fiskal sabitliyinə şübhələr artıb və funt sterlinq 5%-ə qədər də dəyər itirərək 1,0384 dollara düşüb. Paketin inflyasiyanı daha da artıracağı gözlənilir.
Avro 0,7% ucuzlaşaraq son 22 ilin ən aşağı səviyyəsinə – 0,9550 dollaradək düşüb. /Cebhe.info