Son aylarda neft qiymətlərində ciddi azalma müşahidə edilir. Dörd ay əvvəl dəyəri 123 dollar olan “Brent” neftinin qiyməti hazırda 84-85 dollardır. Xam neftin ucuzlaşması benzinin də dəyərini azaldır. Son bir ayda benzinin qiyməti 19 faiz enib.
XəzərXəbər xəbər verir ki, dünyada neft və benzinin ucuzlaşmasına baxmayaraq, Azərbaycana idxal edilən “Ai-95” markalı benzinin qiymətində enmə yoxdur. Xatırladaq ki, “Ai-95” markalı benzinin qiyməti artırılaraq bu ilin iyulunda 2 manat olub. Benzin bahalaşdırılanda dünyada neft qiymətləri 120 dollar səviyyəsində idi. Həmin tarixdən indiyə qədər neft qiymətləri 30 faiz enib.
“Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, İlham Şaban hesab edir ki, xam neftin dəyərinin kəskin enməsindən sonra “Ai-95” markalı benzinin qiyməti də düşməlidir:
İ.Şaban rəsmi məlumatlara istinadən qeyd edib ki, Azərbaycana 2022-ci ilin I yarısında idxal zamanı 1 ton “Ai-95” markalı benzinin qiyməti 978,17 dollardan rəsmiləşdirilib. O, indiki qiymətlərin daha aşağı olduğunu və buna görə də, pərakəndə satış qiymətlərinin də endirilməsinə əsas yarandığını bildirib.