Xəzər Xəbər

Çin yuanının məzənnəsi kəskin düşüb

İqtisadiyyat | 09:00 • 26 Sentyabr 2022
Çin yuanının məzənnəsi kəskin düşüb

Çin Xarici Valyuta Mübadilə Əməliyyatları Sistemində sentyabrn 26-da milli valyuta olan yuanın məzənnəsi 378 baza bəndi zəifləyib. Nəticədə yuanın məzənnəsi cari il ərzində ən aşağı səviyyəyə (1 ABŞ dolları – 7,0298 yuan) düşüb.

Yuanın aprel ayından başlayan zəifləməsi milli valyuatının son 2 ildə illik ən böyük dəyər itirməsi ilə nəticələnib. Xarici ekspetlər yuanın məzənnəsinin zəifləməsini COVID-19 mübarizə tədbirlərinin, o cümlədən ölkənin maliyyə və biznes mərkəzi olan Şanxay kimi iri şəhərlərdə ötən aylarda tətbiq olunan sərt qapanma rejiminin iqtisadi fəallığa mənfi təsirləri, habelə ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sentyabrın 21-də 0,75 faiz artırması ilə əlaqələndirirlər. (AZƏRTAC)

 

Xəbər lenti