Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlayır.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" məlumatlı mənbəyə istinadla xəbər yayıb.
Məlumata görə, sanksiyalar arasında ölkənin ən böyük banklarından olan “Qazprombank”ın SWIFT beynəlxalq banklararası ödəniş sistemindən kənarlaşdırılması da yer alır. “Qazprombank”ın Rusiyanın SWIFT-dən ayrılmayan yeganə böyük maliyyə qurumudur və qazla bağlı öənişləri qəbul edir.
8-ci sanksiya paketində Rusiya gəmilərinin Avropa limanlarına girişinin məhdudlaşdırılması və təbliğatçı KİV-lərə məhdudiyyət oyulması da yer alır.