Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 6 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə mənzillərin satışı həyata keçirilib.
XəzərXəbər xəbər verir ki, bu haqda Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı məlumat verib:
"Bu gün saat 15:00-da məznillərin seçim prosesi başladı. Media nümayəndələrinin və qeyri-hökümət təşkilatlarının iştirakçıları ilə mənzil seçimini canlı müşahidə etdik. Hazırda bütün mənzillər vətəndaşlar tərəfindən seçilib. İmzalama prosesi davam edir. Vətəndaşların böyük hissəsi mənzil seçimi ərizələrini imzalayaraq təqdim ediblər. Mənzil seçim ərizələrini imzalanayan vətəndaşlara isə növbəti günün sonuna qədər vaxt verilir. Mənzil seçimi ərizələrini imzalayaraq təqdim etmək üçün vaxt verilir. Seçim ərizələrində çətinlik çəkən vətəndaşlar qaynar xəttimizə müraciət edə bilərlər. Bildiyiniz kimi mənzillər 15 sentyabr tarixində satışa çıxarılmalı idi, lakin 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum müəyyən edilmiş və bunun nəticəsində satış təxirə salınmışdı. Hazırda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşadırma başlanılıb və cinayət işi başlanılıb. Bu qısa müddət ərzində dövlət qrumları ilə əlaqəli və operativ qaydada mümkün bütün təhlükəsizlik qaydaları görülüb və optimallaşma işləri aparılıb. Bunun nəticəsində mənzilərin süçim prosesi uğurla başa çatıb. Əlavə olaraq onu da qeyd edim ki, 28 sentyabr tarixində saat 15:00-da məznillərin gözləmə qaydası seçimi baş tutacaq. Bu gün mənzil seçən vətəndaşlar hər hansı bir səbəbdən mənzil əldə edə bilməsələr, həmin gün ev onlara təklif olunacaq. Həmin gözləmədə iki vətəndaş növbəli şəkildə evi seçə bilər. Gözləmədə birinci sırada seçim edən vətəndaşa həmin mənzil təklif ediləcək", - aparat rəhbəri qeyd edib