Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
XəzərXəbər xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,89 ABŞ dolları, yaxud 4,15% ucuzlaşaraq 89,81 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.