ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,39% azalaraq 1 barelə görə 95,38 dollar təşkil edib.
Xezerxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,44% azalaraq 89,14 dollar təşkil edib.