Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşıb

İqtisadiyyat | 10:55 • 19 Avqust 2022
Azərbaycan neftinin qiyməti 98 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,26 ABŞ dolları, yaxud 3,45 % artaraq 97,87 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

Xəbər lenti