Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşüb.
Əhalinin sərəncamında qalan gəlirləri 34 milyard 568,7 milyon manat təşkil edib.