Xəzər Xəbər

Azərbaycanda internet bahalaşdı: 70 faiz...

İqtisadiyyat | 2,465 | 14:13 • 9 Avqust 2022
Azərbaycanda internet bahalaşdı: 70 faiz...

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) abunəçilərə xəbərdarlıq etmədən internet tariflərini artırıb. 

“Baktelecom” abunəçiləri öz şikayətlərini sosial şəbəkə hesablarında yazıblar. Abunəçilər istifadə edəcəkləri internetin ödənişini edərkən tariflərin dəyişdiyini və ona uyğun olaraq qiymətlərin artdığını müşahidə ediblər.

Daha az ödənişli tarifə keçmək istəyən istifadəçilərə isə bunun mümkün olmadığını bildiriblər. “Baktelecom”dan bildirilib ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq, 4 mbit/s və 10 mbit/s tarifləri ləğv edilib. Məlumatda qeyd olunub ki, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək. 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid almış müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var.

Abunəçilər iddia edirlər ki, əvvəlki tariflərin müvafiq olaraq qiyməti 10 və 17 manat olub. İndi isə yeni tarifin qiyməti 17 və 20 manata çatıb. Başqa sözlə qimət 30-70 faiz artıb. Bundan başqa, əvvəl, məsələn, 10 manatlıq abunə paketi alan abonentlər 15 manatlıq abunə paketinə keçmək istəsələr də, təklif rədd edilib. Abonentlərə bildirilib ki, onlar daha yüksək qiymətə olan paketi ala bilərlər./Cebhe.info 

Xəbər lenti

Çox oxunanlar