Xəzər Xəbər

İlk ödənişli yol bu tarixdə istifadəyə veriləcək AÇIQLAMA

"Vətəndaşlar ödənişli yoldan və digər yoldan istifadə edə biləcəklər"
İqtisadiyyat | 12:50 • 4 İyul 2022
İlk ödənişli yol bu tarixdə istifadəyə veriləcək

Azərbaycanda inşa edilən ilk ödənişli magistral yolun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Modern.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, magistral yolun tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur: “Buna paralel olan yol da bərpa olunur ki, vətəndaşlar seçim edə bilsinlər. Vətəndaşlar ödənişli yoldan və digər yoldan istifadə edə biləcəklər. Hazırda Bakı-Quba yolunda bərpa işləri aparılır. Tikinti işləri ilin sonuna kimi yekunlaşdırılacaq. Ümumilikdə isə yolun gələn ildən istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolu ödənişli olacaq. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır.