Türkiyə Türkmənistandan təbii qazın tədarükü ilə bağlı qarşı tərəflə danışıqlar aparır.
Xezerxeber.az-ın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkmənistana səfəri zamanı deyib.
O, tərəflərin 3 alternativ təklif üzərində işlədiyini və danışıqların artıq sona yaxınlaşdığını qeyd edib.