ABŞ-ın ən böyük banklarından biri olan “JP Morgan Chase”in analitikləri bildirirlər ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft hasilatını əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə neftin qiyməti bir barel üçün 380 dollara qədər yüksələ bilər.
Bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunur ki, Rusiya neftinin gündəlik tədarükünün sutkada 3 milyon barel azalması nəticəsində London birjasında yanacağın bir barelinin dəyəri 190 dollara çatacaq. Ən pis ssenaridə Rusiyanın tədarükünü gündə 5 milyon barel azaltması gözlənilir. Bu zaman neftin qiyməti 380 dollar/barelə çata bilər.
Bankın analitikləri hesab edirlər ki, Rusiya tərəfi neftinin qiymətinin ABŞ və Avropa İttifaqı tərəfindən məhdudlaşdırıldığı halda digər ölkələrdən fərqli olaraq belə bir addım ata bilər.
Almaniyada keçirilən G7 sammitinin yekunlarına görə qəbul edilmiş bəyanatda liderlər Rusiya neftinin qiymətinin məhdudlaşdırılması imkanını nəzərdən keçirəcəklərini vəd ediblər./konkret.az