Rusiyanın ən böyük bankı “Sberbank”ın (“Сбербанк”) proqnozuna görə, 2017-2019-cu illərdə neftin qiyməti 50-55 dollar/barrel, 2025-ci ildə 138 dollar/barrel ola bilər.
AZƏRTAC xəbər verir ki, bank bu il neftin orta qiymətinin 40 dollar/barrel olacağını nəzərdə tutur.
“Sberbank” neftin qiymətinin 2020-ci ildə 64 dollar/barrel, 2021-ci ildə 65 dollar/barrel, 2022-ci ildə 84 dollar/barrel, 2023-cü ildə 100 dollar/barrel, 2024-cü ildə 109 dollar/barrel, 2025-ci ildə isə 138 dollar/barrel olacağını proqnozlaşdırır.