Xəzər Xəbər

Xüsusi ərzaq bazarları və ərzaq bankı yaradıla bilər

İqtisadiyyat | 18:08 • 16 Dekabr 2016
Xüsusi ərzaq bazarları və ərzaq bankı yaradıla bilər

Bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, əhalinin bütün kateqoriyalarının istehlak normalarına uyğun qidalanmasını təmin etmək üçün daha həssas sosial qrupların müəyyənləşdirilməsi və həmin qrupların ərzaqla təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti orqanlarla birlikdə məqsədli dövlət proqramlarının hazırlanması imkanları araşdırılacaq, xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması nəzərdən keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar