Xəzər Xəbər

Yaponiya və Rusiya arasında protokollar imzalanıb

İqtisadiyyat | 08:59 • 17 Dekabr 2016
Yaponiya və Rusiya arasında protokollar imzalanıb

Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya ikigünlük səfərinin nəticələri olaraq Yaponiya və Rusiya arasında iqtisadi layihələr üzrə protokollar imzalanıb. Bu layihələr Baş nazir Şinzo Abenin cari ilin mayında təklif etdiyi səkkiz bənddən ibarət əməkdaşlıq planına əsaslanır.

Ölkələrin hökumətləri arasında sənədlər iki liderin dekabrın 16-da Tokioda keçirilən sammitindən sonra imzalanıb.

Yaponiyanın Sənaye və Elm Nazirliyi “Rosatom”la atom enerjisinin sülh məqsədilə istifadəsi sahəsində əməkdaşlıq edəcək. Həmin protokolda qəzalı “Fukusima-1” AES-in sökülməsi və nüvə millərinin çıxarılması məqsədilə atom sahəsinin mütəxəssisləri arasında informasiya mübadiləsinin aparılması nəzərdə tutulur.

Yaponiya Sənaye Nazirliyinin Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyi ilə imzaladığı protokola əsasən, Rusiya yaxınlığındakı sularda neft və qaz hasilatı sahəsində əməkdaşlıq niyyəti açıqlanır.

İki ölkənin səhiyyə nazirlikləri arasında imzalanan protokol həyat tərzi ilə əlaqədar yaranan xəstəliklərin profilaktikası, həmçinin qabaqcıl tibbi texnologiyaların tətbiqi məqsədi güdür.

Yaponiya Sənaye Nazirliyinin Rusiya Uzaq Şərqin İnkişafı Nazirliyi ilə imzladağı sənəd isə həmin ərazilərdə xüsusi iqtisadi zonalar barədə informasiya mübadiləsini nəzərdə tutur. Bu, yapon iş adamlarına həmin regionda öz bizneslərini qurmağa yardım edəcək. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar