Dünya birjalarında neft bahalaşıb.
Xezerxeber.az məlumat verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,00 dollar artaraq 51,90 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,19 dollar artaraq 55,21 dollar olub.