Xəzər Xəbər

Şahmar Mövsümov: "Ölkədə yeni iqtisadi modelin axtarışına başlanılıb"

İqtisadiyyat | 12:54 • 17 Dekabr 2016
Şahmar Mövsümov: "Ölkədə yeni iqtisadi modelin axtarışına başlanılıb"

Azərbaycanın son 10 ildə iqtisadi modeli ozünü doğrultdu və ölkəmiz yenilənməyə başladı.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov qeyd edib ki, son 10 ildə bu iqtisadi model Azərbaycanı tamamilə yeni bir ölkəyə çevirdi və müasir infrastruktur yaradıldı: "Ancaq bu iqtisadi modelin yeni iqtisadi şəraitdə o qədər də böyük töhfəsi olmadı. Ona görə də yeni iqtisadi modellərin axtarışına başlandı, cənab Prezident tərəfindən müvafiq tapşırıqlar verildi, yeni strukturlar yaradıldı".

İcraçı direktor bildirib ki, bu günlərdə prezident İlham Əliyev tərəfindən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edildi: "Bu sənədlər həm ümumi iqtisadiyyatı, həm də iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edir. Çox mükəmməl bir sənəddir, onlar bütün lazımi proritetləri və tapşırıqları əhatə edir. Bu baxımdan ölkəmizdə yüksək ixtisaslı iqtisadçılara ehtiyac var".

Xəbər lenti