Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 660 manatdan 792 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manatdan 714 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manatdan 636 manata qaldırılıb.
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları da artırılıb. Bununla əlaqədar “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilib:
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının SXEMİ
Sıra №-si |
Təhsili |
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) |
||||
pedaqoji staj 3 ilədək olduqda |
pedaqoji staj 3 ildən 8 ilədək olduqda |
pedaqoji staj 8 ildən 13 ilədək olduqda |
pedaqoji staj 13 ildən 18 ilədək olduqda |
pedaqoji staj 18 ildən çox olduqda |
||
1. |
Ali təhsilli |
552 |
594 |
624 |
666 |
714 |
2. |
Orta ixtisas təhsilli |
504 |
534 |
552 |
588 |
636 |
Bundan əvvəl dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının SXEMİ
Sıra №-si |
Təhsili |
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) |
||||
pedaqoji staj 3 ilədək olduqda |
pedaqoji staj 3 ildən 8 ilədək olduqda |
pedaqoji staj 8 ildən 13 ilədək olduqda |
pedaqoji staj 13 ildən 18 ilədək olduqda |
pedaqoji staj 18 ildən çox olduqda |
||
1. |
Ali təhsilli |
460 |
495 |
520 |
555 |
595 |
2. |
Orta ixtisas təhsilli |
420 |
445 |
460 |
490 |
530 |
Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.