Azərbaycanda professor, elmlər doktoru, dosent və fəlsəfə doktorlarına ödənilən əlavələr artırılıb.
Baş nazir Əli Əsədov bununla bağlı “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri.
(manatla) |
|||
Təhsil alan kontingent |
Pedaqoji işçilər |
||
professor və ya elmlər doktoru |
dosent və ya fəlsəfə doktoru |
elmi dərəcəsi, elmi adı olmayan şəxslər |
|
Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurs- larının dinləyiciləri, fəhlələr |
12,40 |
8,20 |
6,40 |
Xüsusi təyinatlı (hərbi, dövlət təhlü- kəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri |
14,70 |
10,70 |
7,20 |
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisas- artırma kurslarının dinləyiciləri |
17,70 |
12,40 |
8,20 |
Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Qeyd:
Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 14,70 manat, dosent və ya fəlsəfə doktoru üçün 10,70 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 7,20 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 9,40 manat, geyimsiz naturada isə 15,50 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.