Xəzər Xəbər

Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda rekord həcmdə ÜDM istehsal olunub AÇIQLAMA

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb
İqtisadiyyat | 11:34 • 17 Yanvar 2022
Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda rekord həcmdə ÜDM istehsal olunub

Dövlət Statistika Komitəsi 2021-ci ilin iqtisadi yekunları ilə bağlı ilkin rəqəmləri elan edib. Komitənin hesablamalarına görə, ötən il ümumi daxili məhsul (ÜDM) əvvəlki il ilə müqayisədə 5.6 faiz artaraq 92 milyard 857 milyon manata çatıb. Bu o deməkdir ki, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanda 90 milyard manatdan çox ÜDM istehsal olunub. 

Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

İqtisadçı alim rəsmi statistikaya əsasən bildirib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artıb: "Bu isə ötən ilki artımın daha çox qeyri-neft sektoru hesabına baş verdiyindən xəbər verir. ÜDM istehsalında sənaye yenə öndədir: 42,5 %. Digər sektorların payı belədir: 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil edib". 

O qeyd edib ki, 2022-ci ildə də həm Azərbaycan höküməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir.

Xəbər lenti

Çox oxunanlar