Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
XəzərXəbər xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1 ABŞ dolları və ya 1,13% artaraq 89,12 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.