Ermənistanın Baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması barədə qərar verib.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, işçi qrupa 10 nəfər daxil edilib.
İşçi qrupun sədri, Ermənistanın İrandakı sabiq səfiri, hazırda Baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin olunub.
O, hər rüb görülən işlər barədə hesabat təqdim etməlidir.
Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.